İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Nəbatiyyəyə yaxınlaşan "Hizbullah" silahlılarına qarşı əməliyyata başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı xəbər verib.
Məlumata görə, Beyrutdan 75 km məsafədə yerləşən şəhərətrafına intensiv hava hücumları və artilleriya hazırlığından sonra hücum başlayıb. İsrail hərbçiləri partlayıcı maddələri və təxribat qruplarını aşkarlamaq üçün robotlardan istifadə edir.
Xatırladaq ki, "Hizbullah" iyunun 6-da hərəkatın döyüşçülərinin Nəbatiyyədən 8 km məsafədə yerləşən və orta əsrlərə aid Bofor qalasının yaxınlığında İsrailin komanda məntəqəsinə və zirehli texnikanın cəmləşdiyi yerə atəş açdığını bildirib. Qeyd edilir ki, bir ədəd "Merkava" tankı idarə olunan mərmi ilə vurulub.