Gürcüstanın Tetritskaro bələdiyyəsinin Didqori kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, nəticədə 5 nəfər həyatını itirib, iki nəfər isə ağır xəsarət alıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, avtomobil hündürlükdən dərəyə aşıb.
Faktla bağlı istintaq başlanıb.