08 iyun 2026 00:33
90

İraqda avtobus qəzadan sonra yanıb, 25 nəfər ölüb

İraqda Ziqar və Bəsrə əyalətlərini birləşdirən magistral yolda sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, qəzadan sonra avtobusda yanğın baş verib.

Yanğın 25 nəfərin ölümünə, 17 şəxsin xəsarət almasına səbəb olub. Xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı gözlənilir.

Vurğulanıb ki, ölən və yaralananlar Kərbəlanı ziyarət edərək Bəsrəyə qayıdan zəvvarlar olub.

Hadisə yerinə Ziqar qubernatoru Heytəm Əziz Həmdani gəlib, hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.