08 iyun 2026 01:40
97

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Qeyd olunub ki, söhbət zamanı regionda bu gün müşahidə olunan gərginlik, həmçinin İran və ABŞ arasında davam edən danışıqların son vəziyyəti müzakirə edilib.