08 iyun 2026 01:56
94

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

İrana demək istəyirəm ki, raketlərinizi atdınız, bu kifayətdir. Masaya qayıdın və razılaşma əldə edin.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, bir daha İranı danışıqlar yolu ilə həll yoluna çağırıb. O, həmçinin İranla davam edən danışıqlardan danışaraq bildirib ki, razılaşmaya çox yaxındırlar. “Deyərdim ki, gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü saziş imzalanacaq”,- deyə Tramp əlavə edib.