08 iyun 2026 16:20
97

Rusiya regionları və Qara dəniz üzərində 124 PUA vurulub

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri iyunun 8-də altı saat ərzində Ukraynaya məxsus olduğu bildirilən 124 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, saat 08:00-dan 14:00-dək hava hücumundan müdafiə sistemləri təyyarə tipli pilotsuz aparatları müxtəlif regionlar üzərində aşkar edərək zərərsizləşdirib.

Məlumata əsasən, pilotsuz uçuş aparatları Belgorod, Bryansk, Kaluga, Kursk, Lipetsk, Nijnı Novgorod, Oryol, Ryazan, Smolensk və Tula regionları üzərində vurulub.

Dronlar həmçinin Moskva vilayəti, Krasnodar diyarı, Krım və Qara dəniz üzərində də məhv edilib.

Rusiya Müdafiə Nazirliyi hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat verməyib.