“Qidanın nəbzi” podkast layihəsinin növbəti qonağı Olimpiya çempionu Fərid Mansurov olub. “İki sahil” xəbər verir ki, buraxılışda dövlət qeydiyyatından keçməyən idman qidalarının yaratdığı risklər, düzgün qidalanma və peşəkar idmanda sağlam seçimlərin əhəmiyyəti barədə danışılıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov xüsusilə gənclərə və idmanla məşğul olan şəxslərə müraciət edərək bildirib ki, daha sürətli nəticə əldə etmək məqsədilə mənşəyi məlum olmayan, keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız məhsulların istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. O vurğulayıb ki, qazanc naminə verilən yanlış qərarlar uzun illər ərzində qurulan idman karyerasını və sağlamlığı risk altına qoya bilər. Sağlamlığın və davamlı uğurun əsasında düzgün məşq, balanslı qidalanma və məsuliyyətli seçimlər dayanır.
FHN tərəfindən şəhid övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı günü” tədbirləri keçirilib
Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi