Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər gələcəkdə həyata keçirilməsi planlaşdırılan təşəbbüslər, birgə elmi-tədqiqat layihələri və akademik tərəfdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələrdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və bu platforma çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları diqqət mərkəzində olub.
Bu gün Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşdük.
— Emin Amrullayev (@EminAmrullayev) June 8, 2026
Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər… pic.twitter.com/AEmDUaLEcW