08 iyun 2026 23:22
92

Sabah Maştağa və Savalan qəsəbələrində qaz olmayacaq

Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 9-da saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.