11 iyun 2026 10:13
98

Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

"Hərəkət cədvəli ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz", - ADY-dən bildirilib.