11 iyun 2026 10:31
103

Anar Məmmədov Tərtər rayonunda şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu, Yuxarı Qapanlı kəndində şəhid Əliyev Elməddin İlqar oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun baş axundu, eləcə də digər şəhid ailələri və qazilər də iştirak ediblər.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı millət vəkili şəhidin valideynləri ilə görüşərək onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Görüşdə şəhidin səhhətində problem olan atasının vəziyyəti diqqətdə saxlanılıb.

Ziyarətçilər şəhid Elməddin Əliyevin göstərdiyi şücaətdən söz açaraq, onun xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.