11 iyun 2026 11:33
113

Ermənistanda xaricdən gələn hərbi mükəlləfiyyətlilərin seçkidən sonra ölkədən çıxışına qadağa qoyulur

Ermənistanda hakimiyyət orqanları parlament seçkilərində iştirak etmək üçün xaricdən ölkəyə gəlmiş hərbi mükəlləfiyyətli vətəndaşların ölkədən çıxışına qadağa tətbiq etməyə başlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalifətdə təmsil olunan Geqam Manukyan məlumat verib.

Deputatın sözlərinə görə, bir çox soydaşları vətənə gəldikdən sonra yenidən yaşadıqları ölkələrə, o cümlədən Rusiyaya qayıtmaq istəyərkən sərhəddə ölkədən çıxışlarının qadağan edildiyi ilə üzləşiblər.

“Dünən məlum oldu ki, vətənə gələn və geri qayıtmağa hazırlaşan çoxsaylı soydaşlarımızın, o cümlədən Rusiyaya getmək istəyənlərin Ermənistandan çıxışına icazə verilmir”, — deyə Manukyan sosial şəbəkədə paylaşımında bildirib.