11 iyun 2026 18:52
82

"Bloomberg": BƏƏ və İran gərginliyin azaldılması üçün təmaslara başlayıb

BƏƏ və İranın yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri ilk dəfə üzbəüz görüş keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Agentliyin məlumatına görə, görüş bu həftə baş tutub və əsas məqsəd tərəflər arasında yaranmış gərginliyin azaldılması olub.

"Bloomberg" qeyd edir ki, bu təmaslar iki ölkə arasındakı münasibətlərdə diqqətəlayiq dəyişiklik kimi qiymətləndirilir və tərəflərin daha sabit və sakit əməkdaşlıq mühiti yaratmağa çalışdığını göstərir.

Mənbələrin sözlərinə görə, Abu Dhabi rəhbərliyinin Tehranla əlaqələri intensivləşdirməsi əsasən ikitərəfli münasibətlərdə gərginliyin səviyyəsini azaltmaq istəyi ilə bağlıdır.

Görüşün detalları və əldə olunmuş mümkün razılaşmalar barədə əlavə məlumat açıqlanmayıb.