12 iyun 2026 15:28
90

Ariana Qrande Ağ Evə bunu qadağan edib

Amerikalı müğənni Ariana Grande ABŞ prezidenti Donald Trump administrasiyasına öz musiqisindən siyasi təşviqat məqsədilə istifadə etməyi qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Sənətçi Ağ Evin TikTok hesabında yayımlanan videonun şərhlərində bəyanat verib.

Bu həftə paylaşılmış videoda federal agentlərin insanları saxlayaraq qandalladığı kadrlar yer alıb. Videonun fonunda isə Ariana Qrandenin 2024-cü ildə təqdim etdiyi Bye mahnısı səslənib.

Müğənni paylaşımın altında yazıb: “Zəhmət olmasa, mənim musiqimi bu barbar, qeyri-insani və iyrənc cəfəngiyyatla heç vaxt əlaqələndirməyin.”

Məlumata görə, Ariana Qrandenin komandası mahnının videodan mümkün qədər tez çıxarılması üçün hüquqi və texniki imkanları araşdırır.

Buna cavab olaraq Ağ Evin nümayəndəsi Abigail Jackson bildirib ki, əslində “barbar, qeyri-insani və iyrənc” olan qanunsuz miqrantların törətdiyi və günahsız ABŞ vətəndaşlarına zərər vurmuş cinayətlərdir.

Ağ Ev administrasiyası vaxtaşırı olaraq Donald Trampın siyasətini əks etdirən videoları məşhur musiqi hitləri ilə müşayiət edərək sosial şəbəkələrdə paylaşır.