12 iyun 2026 15:42
114

Moskvaya doğru uçan iki pilotsuz uçuş aparatı məhv edilib

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya istiqamətlənən iki Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin MAX platformasındakı rəsmi kanalında məlumat verib.

Merin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri paytaxt istiqamətində uçan iki dronu vaxtında aşkar edərək zərərsizləşdirib. Hadisə nəticəsində yerə düşən qalıqların olduğu ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları fəaliyyət göstərir.

İlkin məlumatlara əsasən, aidiyyəti qurumlar dron qalıqlarının düşdüyü ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirir və vəziyyəti nəzarətdə saxlayırlar.