Adam Kadırov Çeçenistan Respublikasının ən yüksək fəxri mükafatı olan “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb. Mükafatı ona respublika rəhbəri Ramzan Kadırov təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, fəxri adın verilməsi haqqında qərar Adam Kadırovun dövlət qarşısındakı xidmətləri, xalqa sədaqətli fəaliyyəti və xüsusi hərbi əməliyyatın iştirakçılarına dəstək istiqamətində gördüyü işlərlə əsaslandırılıb.
Mükafatın verilməsinə səbəb olan amillər arasında “dövlət qarşısında görkəmli xidmətlər, xalqa fədakar xidmət və xüsusi hərbi əməliyyata hərtərəfli dəstək göstərməyə yönəlmiş fəal və səmərəli fəaliyyət” yer alır.