Saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.
Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
“İnsan Hüquqları Aylığı” çərçivəsində penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib