Misirin paytaxtı Qahirənin cənubunda yerləşən Bəni Suveyf vilayətində qeyri-adi hadisə baş verib. Universitet xəstəxanasının həkim heyəti pasiyentin mədəsindən təxminən 100 ədəd mismar və dəmir qaykanı tam şəkildə çıxararaq onun həyatını xilas ediblər.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, əməliyyat ənənəvi cərrahi müdaxilə olmadan həyata keçirilib.