Ukraynanın Müdafiə naziri Mixail Fyodorov Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın daxilinə zərbələr endirmək üçün ballistik raketinin hazırlanacağını anons edib.
“İki sahil” xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
"Ukrayna ballistikası hər şeyi dəyişəcək... O, Ukraynanın dünyadakı statusunu prinsipial olaraq fərqli mərhələyə qaldıracaq. Biz bunu artıq dəfələrlə dəyişmişik, lakin bu, tamamilə fərqli bir liqadır", — deyə, o, qeyd edib.
Fyodorov detalları açıqlamaqdan imtina edib. O, Volodimir Zelenskinin bu yaxınlarda Ukrayna ballistikasının "Rusiyaya zərbələr endirəcəyi" barədə verdiyi bəyanatlara istinad edib.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələri "Flamingo" raketləri üçün döyüş başlıqları istehsal edən müəssisələri sıradan çıxarıb.