17 iyun 2026 13:54
73

Smartfonların daha da bahalaşacağı gözlənilir, səbəbi...

Yaddaş mikrosxemlərinin bahalaşması səbəbindən smartfonların qiyməti 2026 və 2027-ci illərdə də artmağa davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Nothing" şirkətinin təsisçisi və baş direktoru Karl Pey bildirib.

Onun sözlərinə görə, yaddaş artıq smartfonun ən baha komponentinə çevrilib və bəzi modellərdə avadanlıq dəyərinin yarısından çoxunu təşkil edə bilər. "Nothing" şirkətinin "Phone (4a)" modeli üçün yaddaş xərcləri cihazın hazırlanma mərhələsində iki dəfə, bazara çıxdıqdan sonra isə daha iki dəfə artıb.

Pey qeyd edib ki, fevral ayından bəri bəzi yeni smartfonlar öz sələflərindən 100 dollar daha baha qiymətə satışa çıxarılıb. O, həmçinin xəbərdarlıq edib ki, komponent qıtlığı səbəbindən istehsalçılar mövsümi endirimlər zamanı tətbiq olunan güzəştləri azalda bilərlər.