17 iyun 2026 18:27
89

Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Bakı ilə İrəvan arasındakı normallaşmaya qarşı çıxan siyasi qüvvələrə müqavimət göstərməyə çağırıb.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir parlamentdə çıxışı zamanı bildirib.

"İndi "üçbaşlı müharibə partiyası" bu sülh sazişini şübhə altına alır. Məlum olur ki, Ermənistan parlamentində sülh arxitekturasını qəbul etməyən bir qüvvə mövcuddur. Bu, təhdidlər yaradır və birbaşa reaksiyalara səbəb olur. Biz bu səbəb-nəticə əlaqələrini görməli və onlara müqavimət göstərməliyik", - N.Paşinyan vurğulayıb.

Paşinyan "üçbaşlı müharibə partiyası" dedikdə üç müxalif siyasi qüvvəni nəzərdə tutur: "Güclü Ermənistan", "Ermənistan" bloku və "Çiçəklənən Ermənistan".