İsrail Müdafiə Ordusu (IDF) ötən həftəsonu Qəzza zolağına endirilən zərbələr zamanı Fələstinin silahlı qruplaşmalarının iki komandirinin öldürüldüyünü açıqlayıb.
“İki sahil” "Al Jazeera"ya istinadla xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, onların hər ikisi 2023-cü il oktyabrın 7-də İsrailə hücumlarda iştirak edib.
Belə ki, HƏMAS-ın taqım komandiri Məhəmməd Səid Əhməd Nimroti və "İslam cihadı" qruplaşmasının taqım komandiri Müaviyə Süleyman Zəkər Aydi öldürülüb.
HƏMAS və "İslam cihadı" hələlik bu açıqlamanı şərh etməyib.