17 iyun 2026 20:52
112

BakıKart sistemində yaranan texniki nasazlıq qısa müddətdə həll edilib

Bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında yaranmış qısamüddətli texniki nasazlıq səbəbindən BakıKart, bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinlik müşahidə olunub.

“İki sahil” xəbər verir ki, nasazlıq operativ şəkildə aradan qaldırılıb və saat 20:00 etibarilə sistemin fəaliyyəti tam bərpa olunub.