17 iyun 2026 21:17
105

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Göygöl rayonunun Çaylı kəndi ərazisində gizlədilmiş 2 ədəd "Toz-8" markalı odlu silah, ona məxsus 13 ədəd güllə və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.