Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
“İki sahil” "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luarası departamentindəki La-Bol kommunasının aerodromu yaxınlığında baş verib.
Mənbələrin məlumatına görə, ikimühərrikli "Cessna 421" təyyarəsinin yerə çırpılması nəticəsində qurbanı iki nəfər ölüb.
Bildirilib ki, iş adamı şəxsən hava gəmisinin sükanı arxasında olub. Təyyarə Renn şəhərindən uçub və həftəsonu yüzdən çox təyyarənin iştirakı ilə toplanışın keçirildiyi La-Bola istiqamət alıb. K.Giyemo yerli aeroklubun üzvü idi və bu tədbirdə iştirak etməyi planlaşdırırdı.