"Neftçi" futbol klubu Elvin Camalovla müqavilənin müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında paytaxt klubuna transfer olunmuş E.Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.