İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur