25 sentyabr 2026 15:40
95

Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib

Allahverən İbiş oğlu İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib.