Bu gün müstəmləkəçilik keçmişdə öyrədildiyi formada görünmür. O bəzən konstitusiyalar, nəzarət mexanizmləri, maliyyə nəzarəti və “muxtariyyət” kimi səslənən anlayışların arxasında gizlənir.
“İki sahil” xəbər verir ki, bunu “One SXM” təşkilatının katibi, Sent-Martin hökumətinin keçmiş müşaviri Alston Lourens Bakı Təşəbbüs Qrupu tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Karib dənizində yerləşən Sent-Martin adası bunun bariz nümunəsidir.
“Ada iki hissəyə bölünüb və iki fərqli müstəmləkə idarəçiliyinin təsiri altındadır. Buna baxmayaraq, burada yaşayan insanlar öz birliklərini, ortaq kimliklərini və ortaq gələcəklərini qoruyurlar. Bu gün də beynəlxalq münasibətlərə kim nəzarət edir? Krallıq. Son qərarı kim verir? Krallıq. Yerli hökumətlər isə yalnız müəyyən həddə qədər sərbəst hərəkət edə bilir. Əgər insanlar öz gələcəklərini təzyiq, asılılıq və qorxu olmadan müəyyən edə bilmirlərsə, bu tam öz müqəddəratını təyinetmə deyil. Muxtariyyət azadlıq demək deyil. Müxtəlif bayraqlar və hüquqi sistemlər ola bilər, amma məntiq eynidir: kiçik xalqlara yalnız böyük güc icazə verdiyi qədər öz işlərini idarə edə bilir”,- deyə o bildirib.
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır