26 iyun 2026 13:27
100

UFC turnirindən öncə idmançıların rəsmi çəkiölçmə mərasimi təşkil edilib

Bakıda təşkil olunacaq UFC turnirindən öncə idmançıların rəsmi çəkiölçmə mərasimi təşkil edilib.

“İki sahil” xəbər verir ki, bütün döyüşçülər çəkilərini uğurla verərək müəyyən olunmuş limitləri aşmayıblar. Xatırladaq ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.