Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.
“İki sahil” "Opta"ya istinadən xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib. Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3 xal toplayan Türkiyə yığması sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.