Türkiyənin hökumət üzvləri və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik ediblər.
“İki sahil” xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun paylaşımında Azərbaycan Ordusunun hərbi qulluqçularına xidməti vəzifələrinin icrasında uğurlar arzu edib. Nazir Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və həmrəyliyin sarsılmaz olduğuna əminliyini ifadə edib.
AK Partinin Türk Dünyası ilə Əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu Azərbaycan Silahlı Qüvvələrini ölkəmizin “müstəqilliyinin və milli birliyinin ən mühüm təminatlarından biri” adlandırıb. “Bu gün qəhrəmancasına həlak olmuş Azərbaycan hərbi qulluqçularının xatirəsini ehtiram və minnətdarlıq hissi ilə yad edir, dost və qardaş Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq. Qoy, “Bir millət, iki dövlət” kəlamına əsaslanan qardaşlığımız əbədi olsun”, – deyə siyasətçinin paylaşımında bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri, o cümlədən FNSS Savunma Sistemleri A.Ş. də təbrik ediblər.
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır