Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb. Onlardan 1596-sı bu il geri qayıdıb.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində açıqlayıb.
"Biz Rusiya əsirliyində olan hər bir şəxsi - həm hərbçiləri, həm də mülki şəxsləri - qaytarmalıyıq. Hər bir soyadı yoxlayırıq. Mübadilələr davam edir", - deyə Prezident qeyd edib.
Prezident qeyd edib ki, əsirlikdən geri qaytarılanların reabilitasiyaya cəlbi vacibdir.
“Onların uyğunlaşma, lazımi müalicə və sosial məsələlərin həlli - bütün bunlar vacibdir və qayğı və dəstək olmalıdır”, - deyə dövlət başçısı bildirib.