İyunun 26-da Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024–2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.
“İki sahil” xəbər verir ki, “Marriott Boulevard” hotelində keçirilən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış edərək AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin dəstəklənməsinin daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcəyini bildiriblər. Ardınca videoçarx nümayiş etdirilib. “Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı” mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib.
Gündəliyin təsdiqindən sonra iclas öz işini gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə davam etdirib. İclas çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib, AQEM Gənclər Şurasının 9-cu iclasının Tövsiyələr sənədi müzakirə olunub.
Günün ikinci yarısında isə “AQEM ölkələrinin gənclər arasında nitq və debat” müsabiqəsinə hazırlıq məqsədilə təlim sessiyası təşkil olunub. Sessiyada iştirakçılara debat texnikaları və Karl Popper formatı üzrə təlim keçirilib, müsabiqənin mövzusu və debat mövzuları barədə ətraflı məlumat verilib.
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır