29 iyun 2026 22:22
87

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.