Ankarada keçiriləcək NATO sammitinin təşkilatçıları ABŞ Prezidenti Donald Trampın iclas müddətində diqqətini itirməməsi üçün cəmi bir 3 saatlıq sessiya keçirməyi planlaşdırırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Avropanın nüfuzlu "Politico" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, təşkilatçılar toplantıların vaxtını qəsdən qısaldıblar ki, Trampın diqqəti məhz alyans üzvlərinin müdafiə xərclərini artırması kimi əsas məsələ üzərində cəmlənsin.
Xatırladaq ki, NATO-nun növbəti sammiti bu il 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada baş tutacaq.