03 iyul 2026 11:08
105

Moldova baş naziri istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Moldova" agentliyi məlumat yayıb.

Agentlik hökumət başçısının bəyanatından bu sitatı gətirir: "Bu gün mən baş nazir vəzifəsindəki səlahiyyət müddətimi başa vururam".

Muntyanunun sözlərinə görə, o, artıq öz mandatını "şəxsi prinsipləri və inancları çərçivəsində" yerinə yetirmək imkanına malik deyil: "Mən getməyi seçirəm", - deyə o əlavə edib.