Konqo Demokratik Respublikasında təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 1460-a çatıb. Xəstəlik nəticəsində ən azı 452 nəfər həyatını itirib.
“İki sahil” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda “Ebola”ya səbəb olan virusun müalicəsi üçün iki dərmanın klinik təcrübələrinə başlandığını bildirib.
ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus deyib ki, sınaqlarda iştirak edən xəstələr tam tibbi xidmətlərdən istifadə edəcəklər. Diqqətə çatdırıb ki, xəstəliyə səbəb olan bundibuqyo virusuna qarşı hər hansı təsdiqlənmiş müalicə və peyvənd mövcud deyil.