04 iyul 2026 12:47
97

Güclü maqnit qasırğası başlayıb

Yerdə güclü maqnit qasırğası başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislər iyulun 4-ə keçən gecədən başlayan maqnit qasırasğının gücünü G3 səvisyyəsində müəyyən edib.

Alimlər qeyd edirlər ki, bu, 2026-cı ilin əvvəlindən bəri ikinci ən güclü maqnit qasırğasıdır. Bundan əvvəl 19-21 yanvar tarixlərində G4 səviyyəli maqnit qasırğası baş vermişdi.

Maqnit qasırğası Günəşdə baş verən alışmalar və tac kütlə atılmaları nəticəsində Yerin maqnit sahəsində yaranan müvəqqəti pozuntudur. Belə hadisələr peyk rabitəsinə, GPS sistemlərinə, radio əlaqəsinə və elektrik şəbəkələrinə təsir göstərə, həmçinin yüksək enliklərdə qütb parıltılarının daha geniş ərazilərdə müşahidə olunmasına səbəb ola bilər. Maqnit qasırğalarının intensivliyi beynəlxalq miqyasda G1-dən (zəif) G5-ə (ekstremal) qədər təsnif edilir.