Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi qurumun müfəttişlərinin İranın nüvə obyektlərinə daxil olmasının vacibliyini vurğulayıb.
“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Qrossi müfəttişlərin indiyədək obyektlərə baxış keçirə bilmədiyini və bunun Vaşinqtonla Tehran arasındakı danışıqların gedişindən asılı olduğunu deyib.
Bununla yanaşı, Qrossi bu məsələdə realist olduğunu və hər iki məsələnin bir-biri ilə bağlılığını anladığını diqqətə çatdırıb və danışıqlar prosesinin sürətlənəcəyinə inamını ifadə edib.