04 iyul 2026 18:45
97

Gürcüstan məktəblərində xarici dillərin tədrisinə yanaşma dəyişdirilib

Gürcüstanın Təhsil və Elm Nazirliyi orta məktəblərdə xarici dillərin tədrisi ilə bağlı bəzi qaydaları dəyişib.

“İki sahil” xəbər verir ki, Gürcüstan dövlət məktəblərində birinci sinif şagirdləri artıq xarici dilləri öyrənməyəcəklər.

2026/2027-ci tədris ilinə qədər dövlət məktəblərində şagirdlər ilk xarici dili - ingilis dilini birinci sinifdən, seçdikləri ikinci xarici dilləri isə altıncı sinifdən öyrənirdilər.

Təhsil Nazirliyinin qərarına əsasən, ingilis dilinin ilk xarici dil kimi öyrənilməsinə ikinci sinifdən başlanılacaq. Lakin onuncu sinifdə ingilis dilinin tədrisi intensivləşdiriləcək və əlavə saatlar tətbiq olunacaq.

Yeni təhsil sisteminə görə, Gürcüstanda məktəblilər 11 il, üstəgəl 12-ci il əlavə təhsil alacaqlar.

Gürcüstanda peşə təhsili almaq (məsələn, kollecə qəbul olmaq) imkanı verən sənədi əldə etmək üçün isə 10-cu sinfi bitirmək lazımdır.