04 iyul 2026 20:01
116

Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyulun 3-də Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər. Hər bir “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 “Sağlam məhəllə” layihəsi icra edilib.