05 iyul 2026 10:40
102

Meyiti yaşadığı evin həyətindən tapıldı

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.