05 iyul 2026 17:34
103

Makron Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Makron ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.

Səfərin dəqiq tarixi hələ ki açıqlanmayıb.