05 iyul 2026 22:22
98

Nyu-Yorkda hidrotəyyarənin sərt enişi nəticəsində iki nəfər xəsarət alıb

ABŞ-nin Nyu-York şəhərindəki İst-River çayı üzərində kiçik bir hidrotəyyarə sərt eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, hidrotəyyarədə 10 nəfər olub, onlardan ən azı iki nəfərə tibbi yardım göstərilib.

Hadisənin səbəbləri ilə bağlı hələlik heç bir məlumat verilməyib.