Çin Xalq Azadlıq Ordusunun (XAO) Hərbi Dəniz Qüvvələri sualtı qayıqdan atılan strateji raketin sınaq buraxılışını həyata keçirib.
“İki sahil” xəbər verir ki, Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təlim Sakit okean akvatoriyasında baş tutub.
Sınaq zamanı Çin HDQ-nə məxsus strateji atom sualtı qayığı təlim-imitasiya döyüş başlığı ilə təchiz olunmuş raketi uğurla fırladıb. Nazirliyin bəyanatında bildirilir ki, "raket təyin olunmuş hədəf zonasına dəqiqliklə dəyib". Qurum həmçinin dəqiqləşdirib ki, bu sınaq illik hərbi hazırlıq planı çərçivəsində növbəti tədbirdir. Çin tərəfi əvvəlcədən aidiyyəti ölkələri məlumatlandırdığını, buraxılışın beynəlxalq hüquq normalarına və təcrübəsinə tam uyğun olduğunu və "hər hansı konkret ölkəyə və ya hədəfə qarşı yönəlmədiyini" vurğulayıb.