06 iyul 2026 13:15
96

Latviyanın Rusiyaya qarşı hücumlarda iştirakı cavabsız qalmayacaq - Qaluzin

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Latviyanın Rusiya ərazisinə edilən hücumlarda hər hansı formada iştirakının cavabsız qalmayacağını bildirib.

“İki sahil” xəbər verir ki,  diplomat "RİA Novosti" agentliyinə verdiyi şərhdə rəsmi Riqaya xəbərdarlıq edib: "Əgər Riqa rəhbərliyi NATO çətiri altında gizlənərək Kiyev rejiminin terror hücumlarında heç bir fəsadla qarşılaşmadan iştirak edə biləcəyini düşünürsə, dərindən yanılır".

M. Qaluzin əlavə edib ki, Moskva hansı yurisdiksiyaya (ölkəyə) məxsus olmasından asılı olmayaraq, təxribatlar və pilotsuz uçuş aparatlarının (PUA) buraxılması ilə bağlı qərarların qəbul edildiyi bütün məntəqələri diqqətlə qeydə alır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Latviya arasında dronlar sahəsində əməkdaşlığa dair rəsmi müqavilə imzalandığını bəyan etmişdi.