Regionda vəziyyət tam sabitləşsə, rusiyalı mütəxəssislər İrandakı Buşəhr Atom Elektrik Stansiyasına (AES) bu ayın ortalarında qayıda bilərlər.
“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.
O əlavə edib ki, hazırda AES-də vəziyyət sabitdir. Belə davam edərsə, iyulun ortalarında bir neçə rusiyalı mütəxəssis orada yenidən işə başlaya bilər.