07 iyul 2026 12:21
186

AFFA prezidenti Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə" komandalarında avrokuboklarda uğurlar arzulayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində "Sabah", "Qarabağ" və "Zirə" müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram", - deyə milli assosiasiyanın rəhbəri bildirib.