Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Gurbulaq ərazi partiya təşkilatında yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Daşkəsən rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov və digərləri partiyanın keçdiyi şərəfli yoldan, misilsiz nailiyyətlərdən, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs ediblər.
Yekunda Elvin Abdullayev Gurbulaq ərazi partiya təşkilatının sədri, Elton Əhmədov isə sədr müavini seçilib.